Rusiya ABŞ-ı vura bilən nüvə raketlərini təlimlərə çıxarır
Rusiya Cənub və Qərb hərbi dairələrində yeni silsilə irimiqyaslı təlimlərə başlayır. Marja xəbərverir ki, bu təlimlər, ABŞ və Avropa İttifaqının Rusiyadan Ukrayna ilə sərhəddən 100 minlik qrupun geri çəkilməsini tələb etdiyi bir dövrə təsadüf edir. Qərb hesab edir ki, Rusiya Ukraynanı işğal edə bilər.
Çərşənbə axşamı Müdafiə Nazirliyi quru qoşunlarının, aviasiya və donanmanın manevrlərinə başlandığını, eyni zamanda strateji raket sistemlərinin döyüş patrul marşrutlarına daxil olacağını elan edib.
“İnterfaks” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 11 min kilometrə qədər məsafədə hədəfləri vura bilən “Yars” sistemləri də yürüş etməyə başlayıb.
Təlimlərə 100-dən çox texnika və 1000-ə yaxın hərbçi cəlb olunub.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. O vurğulayıb ki, Rusiya heç kimə təhlükə yaratmır. Eyni zamanda, Peskov bu cür bəyanatlar ilə təxribatların mümkünlüyünü də istisna etməyib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Çərşənbə axşamı Peskov vurğulayıb ki, Kreml ABŞ-ın Ukrayna ətrafında gərginliyi artırmaq üçün hərəkətlərini böyük narahatlıqla izləyir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
30 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib






















