Ötən il Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2021-ci il üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2591,2 mln. kVt·st, ixracı 289,6 mln. kVt·st, idxalı 10,5 mln. kVt·st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 201,4 mln. kVt·st, ixrac 127,9 mln. kVt·st artıb, idxal isə 0,2 mln. kVt·st azalıb.
2021-ci ilin yanvar-dekabr aylarında isə respublikada (əsas fəaliyyəti elektrik enerjisi istehsalı olmayan təsərrüfat subyektləri də daxil olmaqla) ümumi elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 2044,8 mln. kVt·st artaraq 27856,0 mln. kVt·st olub. Hesabat dövründə 2020-ci ilin 12 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1840,5 mln. kVt·st artaraq 26238,8 mln. kVt·st, SES-lərdə 207,9 mln. kVt·st artaraq 1277,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,6 mln. kVt·st azalaraq 339,9 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 91,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 55,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
İl ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25038,0 mln. kVt·st (İES-lərdə 23905,0 mln. kVt·st, SES-lərdə 1133,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451,0 mln. kVt·st (İES-lərdə 269,5 mln. kVt·st, SES-lərdə 130,3 mln. kVt·st, GES-də 51,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2300,9 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1677,1 mln. kVt·st olmaqla, 2020-ci illə müqayisədə 526,4 mln. kVt·st, elektrik enerjisinin idxalı isə 151,5 mln. kVt·st olmaqla, 2020-ci ilə nisbətən 15,0 mln. kVt·st artıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 26 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 54 d. əvvəl
-
59 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir






.jpg)
.jpg)






.jpg)





