DGK xətti ilə büdcə daxilolmaları ötən il 10% artıb
2021-ci il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 milyard 342 milyon 967,8 min manat daxil olub ki, bu da əvvəlki illə müqayisədə 10,3% çoxdur.
DGK-nın dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi əvvəlki illlə müqayisədə 18,6% artaraq 1 milyard 205 milyon 507,6 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 6,9% artaraq 2 milyard 930 milyon 721,9 min manata bərabər olub.
Aksizlər üzrə ötən il daxilolmalar 13,6% artıb və 163 milyon115,6 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 43 milyon 622,7 min manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 19% çoxdur.
Ötən ilin dekabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 405 milyon 490,2 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 14,9%, 2021-ci ilin noyabr ayı ilə müqayisədə isə 7,5% çoxdur.
2021-ci ilin dekabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 16,8% artaraq 121 milyon 47,9 min manat olub. 2021-ci ilin noyabr ayı ilə müqayisədə isə bu göstərici 10% artıb.
Həmçinin, 2021-ci ilin dekabr ayı ərzində ƏDV üzrə daxilolmalar 2020-ci ilin eyni ayı ilə müqayisədə 14,6% artaraq 264 milyon112,3 min manat (2021-ci ilin noyabr ayı ilə müqayisədə 6,2% çox), aksizlər üzrə 8,3% artaraq 16 milyon 664,5 min manat (noyabr ilə müqayisədə 17,7% çox), yol vergisi üzrə daxilolmalar isə 10,5% artaraq 3 milyon 665,5 min manat (noyabr ilə müqayisədə 13,4% az) təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)



