“Nas Project” MMC-dən ASC-yə çevrilib - YENİLƏNİB
09:30 - “Nas Project” bank olmayan kredit təşkilatı nizamnamə kapitalının artırılması barədə xəbərə reaksiya verib.
“Nas Project” ASC-nin İdarə Heyətinin sədri Elnur Məmmədov "Marja"ya bildirdi ki, hazırda nizamnamə kapitalının artırılması həyata keçirilmir.
"“Nas Project” təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Bir şirkətin ASC-yə çevrilməsi yeni səhm buraxılışını tələb edir ki, “Nas Project”in də 300 min manat olan nizamnamə kapitalı yeni səhm buraxılışı ilə yenidən ASC forması üçün qeydiyyata alınıb. Qısası, nizamanmə kapitalı eyni məbləğdə qalır, dəyişən təşkilati-hüquqi formadır".
XXX
08:07 -“Nas Project” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 300 min manat və yaxud 2 dəfə artıraraq 300 min manatdan 600 min manata çatdırmağı planlaşdırır.
Verilən məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 3 min ədəd yeni səhm buraxılacaq.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və onları BOKT-un yeganə səhmdarı Məhəmməd Quliyev əldə edəcək.
"Nas Project" BOKT Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 9 d. əvvəl
-
1 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
1 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ





















