Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər nəzarət-kassa aparatları tətbiq edəcək

1 yanvar 2022-ci il tarixinədək, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
1 yanvar 2022-ci il tarixdən, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, aşağıdakı vergi ödəyiciləri mütləq olaraq pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları ilə həyata keçirməlidirlər:
• pərakəndə ticarət fəaliyyəti;
• ictimai iaşə fəaliyyəti;
• yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər;
• tibb müəssisələri;
• bərbərxanalar;
• gözəllik salonları;
• kosmetoloji mərkəzlər.
Göründüyü kimi, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatları tətbiq edəcək. Bərbərxanaların öhdəliklərinin icrası ilə bağlı ayrı-ayrı məqamlara misallarla nəzər yetirək:
Misal 1: Vergi ödəyicisi 3 bərbəri işə qəbul edərək bərbərxana xidməti göstərir. Bu vergi ödəyicisi 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etməlidir. Həmin tarixə qədər isə nağd əməliyyatlar kassa mədaxil qəbzləri ilə rəsmiləşdirilirdi.
Misal 2: Vergi ödəyicisi fərdi qaydada, sabit qəbzlə bərbər xidməti göstərir. Bu vergi ödəyicisinin 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etməsinə ehtiyac yoxdur. Cünki Vergi Məcəlləsinin 16.1.8.6-cı maddəsinə əsasən, Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada göstərilən bərbər fəaliyyətinə nəzarət-kassa aparatının tətbiqi istisna olunan hallara aid edilib.
Misal 3: Eyni obyektdə iki vergi ödəyicisi ayrı-ayrı icarə müqaviləsi ilə bərbər fəaliyyəti göstərir. 50 kvadratmetrlik obyektin 20 kvadratmetri bir, 30 kvadratmetri isə digər vergi ödəyicisinin istifadəsindədir. Bu halda da vergi ödəyicilərinin nəzarət-kassa aparatı tətbiq etməsi mütləq sayılmır.
Bərbər xidməti ilə bağlı bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsinin 221.8.10-cu maddəsinə əsasən, Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya bu Məcəllənin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.
Göründüyü kimi, sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi nağd hesablaşmalar zamanı müvafiq qəbzi təqdim etməlidir. Sabit qəbzlə fəaliyyət göstərən şəxsin dövriyyəsi onun vergi öhdəliyinin müəyyən edilməsində rol oynamasa da, Məcəllə bunu tələb edir. Sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi hər ay sabit məbləğdə sadələşdirilmiş vergi ödəyir.
Qadın gözəllik salonlarına gəlincə, bu obyektlərdə vergi ödəyiciləri bərbər xidməti ilə yanaşı, manikür, pedikür, dırnaq qaynağı, üz-qaş baxımı və s. kimi digər fəaliyyətlər də həyata keçirirlər.
Misal 1: Fərdi qaydada gözəllik salonu kimi fəaliyyət göstərən vergi ödəyicisi 1 yanvar 2022-ci ildən nağd hesablaşmaları nəzarət-kassa aparatı ilə aparmağa borcludur.
Kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etmək vəzifəsi olan vergi ödəyicilərinə aid edilib. Kosmetoloji mərkəzlərdə, adətən, dəriyə kosmetoloji maddələrlə qulluq göstərilməsi və dərialtı infeksiyaların terapiyası kimi xidmətlər göstərilir.
Misal 2: Kosmetoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi vətəndaşın dərisinə kosmetoloji maddələrlə qulluq müqabilində 50 manat ödəniş alıb. Vergi ödəyicisi müştəriyə nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Təbii ki, bu xidmətin rəsmiləşdirilməsi vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçiriləcək.
Yekunda bir məsələni də bildirək ki, nəzarət-kassa aparatı tətbiq edən vergi ödəyiciləri təqdim etdikləri mala (iş, xidmətə) görə ödənişi POS-terminalla aldığı halda da qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməlidirlər.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© “Vergiler”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
24 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
-
36 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
53 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
2 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
