Azərbaycan yeni müşahidə peykləri buraxa bilər
"Azərbaycan yeni müşahidə peyklərinin kosmosa buraxılması istiqamətində iş aparır".
Bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin sədri Saməddin Əsədov deyib.
"Hazırkı mərhələdə bu sistemin bir neçə kiçik peykdən ibarət olaraq qruplaşması formasında fəaliyyət göstərməsi imkanları nəzərdən keçirilir", - o qeyd edib.
Agentlik rəhbəri yeni telekommunikasiya perklərinin kosmosa buraxılması imkanları barədə də danışıb və bu məsələnin hələ ki, gündəmdə olmadığını bildirib: "Hələ ki, yeni telekommunikasiya peyklərinə tələb aşağıdır. Hazırda bir çox dövlət və özəl təşkilatlarla əməkdaşlıq edirik, peyklərimizin xidmətlərindən müxtəlif qurumlar istifadə edir. Gələcəkdə də xidmətlərin satışını davam etdirəcəyik".
Xatırladaq ki, orbitə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki buraxılıb: “Azerspace-1” (2013), “Azersky” (2014) və “Azerspace-2” (2018).
“Azerspace-1” və “Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onların əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.
“Azersky” peykini isə Azərbaycan “Azərkosmos”la Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqavilə çərçivəsində əldə edib. Bu peyk Yer səthinin uzaqdan müşahidə edilməsinə imkan verir və sutka ərzində 6 milyon kvadratmetr ərazinin yüksək keyfiyyətli şəkillərini çəkmək üçün lazımi gücə malikdir.
“Azerspace-1” peykinin gəlirlərinin 80 %-i, “Azersky” peykinin gəlirlərinin isə 98 %-i xarici bazarlarda formalaşır.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat




















