Dövlət Agentliyi 5 şirkətlə təxminən 7 milyon manatlıq müqavilələr bağlayıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs "İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması" məqsədilə keçirdiyi tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, qalib şirkətlər “Solamedical” MMC və “Referans Pharmaceuticals” MMC-dir.
Agentlik “Solamedical” şirkətilə məbləği 1 milyon 833 min 225 manat, “Referans Pharmaceuticals” şirkətilə məbləği 259 min 69 manat olan müqavilə imzalayıb.
Həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tibbi sərfiyyat mallarının, laborator reaktivlərin və sərfiyyat mallarının, həmçinin PCR kit dəstlərin və onlara uyğun sərfiyyat mallarının satın alınması" məqsədilə keçirdiyi tenderi yekunlaşdırıb. Qalib şirkətlər “Paşa-K” Firması, "Clinic Medical" MMC və "Referans Pharmaceuticals" MMC-dir. Agentlik “Paşa-K” Firması ilə məbləği 875 min 301 manat olan, "Clinic Medical" şirkətilə məbləği 281 min 377 min manat olan və "Referans Pharmaceuticals" şirkətilə məbləği 1 milyon 180 min manat olan müqavilə imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs "Mövsümi qrip peyvəndlərinin satın alınması" məqsədilə keçirdiyi tenderi də yekunlaşdırıb. Qalib şirkət "Azəri Med” Qapalı Səhmdar Cəmiyyətidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qalib şirkət ilə məbləği 993 min 324 manat olan müqavilə imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin alınması" məqsədilə də tender keçirib. Qalib şirkətlər "Azəri Med” QSC və “Referans Pharmaceuticals” MMC-dir. Agentlik "Azəri Med” şirkətilə məbləği 1 milyon 356 min 584 manat olan və “Referans Pharmaceuticals” şirkətilə məbləği 156 min 716 manat olan müqavilə imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qalib şirkətlər ilə cəmi məbləği 6 milyon 935 min 597 manat olan müqavilələr imzalayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 d. əvvəl
- 45 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















