Azərbaycanda neft hasilatı açıqlandı - AZALIB

2021-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda təxminən 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 16,5 min ton az olub.
Bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Respublika üzrə neft hasilatının 20,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,2 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 25,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 24,5 milyon tona yaxın konsorsiumun, 1,2 milyon tondan çoxu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 334 min ton, yəni 1,3 faiz azdır.
Cari ilin yanvar-noyabr aylarında ölkədə 39,7 milyard kub metr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kub metri AÇG-dən, 20,4 milyard kub metri “Şahdəniz”dən, 7,2 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 17,8 faiz, yəni 6 milyard kub metrə yaxın artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 16,9 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,8 faiz çoxdur. Cari ilin yanvar-noyabr aylarında Türkiyəyə təqribən 7,7 milyard kub metr, Avropaya təqribən 7,3 milyard kub metr, Gürcüstana isə 1,8 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 92 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kub metrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2021-ci il tarixinədək 578,6 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 544,6 milyon ton neft, “Şahdəniz”dən isə təqribən 34 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 01 dekabr tarixinədək təqribən 578,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 01 dekabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 188,7 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 155,3 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 106,2 milyard kub metrə yaxın həcmi ixraca nəql edilib.
Ölkədə neftin emalı 2021-ci ilin yanvar-noyabr aylarında 6,1 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 756,6 min ton çox olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
1 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq
Ən çox oxunanlar

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
