Holdinq “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupu “YAŞAT” Fonduna 1 milyon manat məbləğində vəsait köçürüb.
Vəsait “NEQSOL Holding”in səhmdarının qərarı ilə tərkibində olan şirkətlər tərəfindən ödənilib.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində "NEQSOL Holding" Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir, bu bayram və Yeni il münasibətilə onu təbrik edir, firavanlıq və davamlı inkişaf arzulayır. İnanırıq ki, bu vəsait hərbi əməliyyatlar nəticəsində yaralanan şəxslərin və həmçinin şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması üçün əlavə imkanlar yaradacaq”, - deyə, “NEQSOL Holding”in Baş direktoru Yusif Cabbarov bildirib.
“YAŞAT” Fondu Azərbaycan Prezidentinin Fərmanı ilə təsis olunub. Fondun vəsaiti Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yaralananların müalicəsi, onlara və şəhid ailələrinə psixoloji dəstək, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi və digər sosial ehtiyaclar üçün nəzərdə tutulur.
“NEQSOL Holding” səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq və tərkibindəki şirkətlər korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq müxtəlif tədbirlər və təşəbbüslərini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)




.jpg)








