Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub
Azercell uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verməkdə davam edir
(R) Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub. Sayca VI Uşaq Paralimpiya İdman Oyunları bu il hər bir idman növü üzrə ayrı-ayrı yarışlar şəklində və karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib.
Oyunlarda Bakı, Gəncə, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasından paralimpiyaçı uşaqlar iştirak ediblər. 13 noyabr-22 dekabr tarixləri arasında baş tutan VI Uşaq Paralimpiya İdman Oyunlarında ümumilikdə 5 idman növü üzrə 120-yə yaxın uşaq yarışıb.
Uşaqlar pauerliftinq, stolüstü tennis, cüdo, üzgüçülük və para-taekvondo idman növləri üzrə oyunlarda iştirak ediblər. Hər idman növü üzrə yarışlar müxtəlif kateqoriyalarda keçirilib. Nəticədə 70-dən çox uşaq fərqli dərəcələr üzrə qalib elan olunub.
Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.
2021-ci ilin yayında Tokioda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Milli komandalarının tərəfdaşı kimi çıxış edən “Azercell Telekom” MMC növbəti Uşaq Paralimpiya yarışmasının iştirakçılarını və qaliblərini təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
2 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
2 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
