Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Türkiyə 2 həftəyə Azərbaycanla svop sazişi bağlaya bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Türkiyə 2 həftəyə Azərbaycanla svop sazişi bağlaya bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Mərkəzi Bankı 2 həftə ərzində iki ölkə ilə valyuta svopu haqqında saziş bağlaya bilər.

Bunu Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu, Prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadçılar və alimlərin qatıldığı görüşdə deyib.

Qeyd edək ki, dekabrın 23-də “Reuters” mənbələrə istinadən xəbər yaymışdı ki, Türkiyə Mərkəzi Bankı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bir müddətdir apardığı svop razılaşmasında son mərhələyə çatıb və sövdələşmələrdən ən azı biri ilin sonuna qədər tamamlanacaq.

“Reuters”ə məlumat verən yüksək səviyyəli məmur bildirib ki, hazırda bir neçə ölkə ilə svop danışıqları aparılır: “Svop sazişlərinin xüsusilə bu dövrdə əhəmiyyətli müsbət töhfələri olacaq”.

Mənbə bildirib ki, Azərbaycanla svop sazişi demək olar ki, başa çatıb. Eynilə, BƏƏ ilə də anlaşma yekun mərhələyə çatıb. Azərbaycanla anlaşmada ilk mərhələdə svopun həcmi böyük deyildi, ancaq tədricən artırılıb. Azərbaycan və BƏƏ svop sazişlərindən ən azı biri ilin sonuna qədər tamamlanacaq”.

Qeyd edək ki, TCMB-nin Çin, Qətər və Cənubi Koreya ilə təxminən 23 milyard ABŞ dolları həcmində svop müqavilələri var. Onlar yerli valyutalarla ticarəti təşviq edir və Mərkəzi Bankın ümumi ehtiyyatlarını artırır.

Telegramda Marja.az səhifəsinə abunə olun

“Report” 

25.12.2021 13:17
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18