“Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı
(®) “Nar”ın ənənəvi tərəfdaşlığı ilə keçirilən “Netty-2021” internet mükafatının qalibləri bəlli oldu. Dekabrın 18-də keçirilən final tədbirində 6 əsas nominasiya üzrə 18 layihə və “Netty” Ekspertlər Şurasının seçimi ilə qalib olub.
Builki müsabiqədə 200-dən çox layihə “Dövlət və Cəmiyyət”, “Biznes və Maliyyə”, “Elm, Təhsil və İnnovasiya”, “Səhiyyə, İdman və Turizm”, “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” nominasiyaları üzrə müsabiqədə iştirak üçün müraciət edib. Bundan başqa, hər nominasiya 3 alt nominasiyadan ibarətdir. Qaliblər və onların seçim qaydaları barədə ətraflı məlumatı netty.az saytından əldə etmək olar.
Final mərasimində mükafatçıları təbrik edən “Azerfon” MMC-nin (“Nar”) İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib: “Nar” yüksək keyfiyyətli rabitə xidməti təqdim etməklə yanaşı, həm də yerli İKT bazarının inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu layihələrin əsas məqsədi, interneti daha faydalı etməklə, cəmiyyətə öz töhfəmizi verməkdir”.
2004-cü ildən təsis edilmiş Netty İnternet Mükafatı hər il qlobal şəbəkənin Azərbaycan seqmentində yaradılan layihələri qiymətləndirir və müxtəlif istiqamətlər üzrə mütəxəssislərin seçimi ilə ən yaxşıları mükafatlandırır. “Netty” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Azərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn koporativ sosial məsuliyyət (KSM) layihələrinin məntiqi davamıdır. Ətraflı: nar.az/projects
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkə ərazisinin 91%-ni, əhalisinin 99%-ni əhatə edir. 8780-dan artıq baza stansiyası ilə Nar şəbəkəsi 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. 2017-ci ildə “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Müştəri Loyallığı İndeksinə (Net Promoter Score) əsasən, Nar 2019 və 2020-ci illərdə ardıcıl olaraq, ölkədə ən yaxşı mobil operator seçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















