“Nar” “İlin mobil operatoru” adına layiq görüldü
(®) “Nar”, 17 dekabr tarixində keçirilən “Caspian Business Awards 2021” mükafatlandırma mərasimində “İlin mobil operatoru” adına layiq görülüb.
Seçim prosesində mobil operatorun ilboyu uğurla davam etdirdiyi müştəriyönümlülük strategiyası, müxtəlif kanallar üzərindən göstərilən yüksəkkeyfiyyətli müştəri xidmətləri və illik müsbət inkişaf göstəriciləri kimi mühüm faktorlar nəzərə alınıb.
Qeyd edək ki, mobil operator ötən hesabat dövründə abunəçi bazasında 5% artıma nail olub, həmçinin yüksəkkeyfiyyətli mobil internet xidməti sayəsində 4G istifadəçilərinin sayında 23% irəliləmə qeydə alıb. Bundan başqa, mühüm sosial əhəmiyyət kəsb edən layihələri ilə seçilən “Nar”, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, son üç ildə sosial fəaliyyətlərə ümumilikdə, 3 milyon manatadək investisiya ayırıb.
“2021-ci il bizim üçün abunəçilərimizə fərdiləşdirilmiş məhsullar təqdim etdiyimiz, müştərilərimizlə yenilənmiş xidmət mərkəzlərində görüşdüyümüz, sosial layihəri uğurla davam etdirdiyimiz bir il olaraq yadda qaldı. Bugün bu mükafata layiq görülməyimiz mobil operator olaraq fəaliyyətimizin düzgün istiqamətdə qurulmasının göstəricisidir. Növbəti ildə də abunəçilərimizə vəd etdiyimiz üstün xidmət dəyərini qorumaq üçün böyük əzmlə çalışacağıq”, - deyə “Nar”ın Baş icraçı direktoru Qunnar Panke bildirib.
Bildirək ki, mükafatın təsisçisi “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 31 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat




















