Deputat spiker Sahibə Qafarovanı əsəbiləşdirib
Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlının ölkədə işsizliklə bağlı fikirləri spiker Sahibə Qafarovanı əsəbiləşdirib.
Deputat Sabir Rüstəmxanlı qeyd edib ki, rayonda iş yerləri yoxdur deyə hamı köçüb Bakıya gəlir: "Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq işsizlik var ölkədə. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünə məşğul sayılır? Bu terminlərə fikri vermək lazımdır".
Spiker Sahibə Qafarova isə qeyd edib ki, parlamentdə heç bir qanun gurultulu qəbul edilmir: "Hər bir deputat öz fikrini ifadə edə bilir. Siz elə dediniz ki, elə bil hər yer dağılıb. Necə yəni ortada bir şey yoxdur? Ölkədə bu qədər işlər görülür. Bu boyda işlərdən sonra demək olarmı ki, heç nə yoxdur. Mən indiyə kimi icazə verməmişəm ki, kiminsə sözünü təhrif edim. Buna mənim tərbiyəm də imkan verməz. Nə eşitdimsə, ona da reaksiya verdim.
Bura heç kim elə- belə yığışmayıb. Hamısı seçilmiş insanlardır. Xahiş edirəm sözlərinizə sərhəd qoyun".
Xatırladaq ki, bundan əvvəl S.Qafarova dəfələrlə deputatlar tərəfindən səslənən fikirlərə narazılığını bildirib. Sonuncu dəfə millət vəkili Tahir Kərimli Milli Məclisin avtoparkının yenilənməsi haqda təklifi spikeri əsəbiləşdirmişdi.
Telegramda Marja.az səhifəsinə abunə olun
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
-
5 d. əvvəl
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
- 16 d. əvvəl
- 26 d. əvvəl
-
54 d. əvvəl
Si Cinpin və Donald Tramp Hörmüz hoğazının açıq qalması məsələsində həmfikirdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
102 və 191 nömrəli marşrut avtobusları yenilənir
Ən çox oxunanlar
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
Mayın 15-də gözlənilən hava şəraiti - 30 dərəcə isti
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib

















.jpg)





