Azərbaycanda orta maaş 18 manat 40 qəpik artıb
Son 12 hesabat ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 18,4 manat artaraq 704,5 manatdan 722,9 manata yüksəlib.
2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olmuşdur.
Marja.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
2021-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 min nəfər və ya 1,0 faiz artaraq 1 milyon 702,1 min nəfər olmuş, onlardan 903,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 798,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 723,2 manat olmuşdu.
2020-ci ilin yanvar-oktyabr aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7 faiz artaraq 704,5 manat olmuşdu. Beləliklə, son bir ildə Azərbaycanda oarta aylıq nominal əməkhaqqı 18,4 manat və ya 2,6% artıb.
Həmçinin oxu
Azərbaycanda inflyasiya açıqlandı
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 9 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 43 d. əvvəl
-
45 d. əvvəl
Sabiq şöbə müdirinin oğlu, həkim-stomatoloq dələduzluğa görə həbs edilib
-
53 d. əvvəl
Xalq Bank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) tərəfdaşıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Keçmişdə Ermənistan digər dövlətlərin sayəsində mövcud olub"
-
1 saat əvvəl
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının tərkibində dəyişiklik olub
-
1 saat əvvəl
Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi
- 2 saat əvvəl
Son Xəbərlər

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi
Ən çox oxunanlar

Qızılın qiyməti yeni rekord səviyyəsini gördü

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

"Yelo Bank"da yığıncaq keçiriləcək

Rəsmi məzənnələr açıqlandı

Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir

Azercell qadınlara növbəti dəstək proqramına start verir
