21 milyard manatı "yedik-içdik"
Hər bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları almışdır.
2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 327,5 milyon manatlıq, o cümlədən 20 milyard 751,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 576,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artmışdır.
Hesabat dövründəəmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 38 327,5 | 103,0 |
o cümlədən: | ||
ərzaq məhsulları | 18 842,2 | 102,7 |
içkilər və tütün məmulatları | 1 909,0 | 100,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6 022,7 | 101,8 |
elektrik malları və mebellər | 2 040,8 | 101,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 373,6 | 128,6 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 851,2 | 131,2 |
avtomobil benzini və dizel yanacağı | 2 279,5 | 103,8 |
digər qeyri-ərzaq malları | 6 008,5 | 101,7 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,1 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin yanvar-noyabr aylarında istehlak mallarının dəyər ifadəsində 26,9 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 22,6 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3 faiz artmış, fərdi sahibkarlar üzrə 2,7 faiz, bazar və yarmarkalarda 0,4 faiz azalmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 d. əvvəl
- 13 d. əvvəl
-
-
24 d. əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının daha da artdığını açıqladı
- 47 d. əvvəl
-
49 d. əvvəl
Sabiq şöbə müdirinin oğlu, həkim-stomatoloq dələduzluğa görə həbs edilib
-
57 d. əvvəl
Xalq Bank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) tərəfdaşıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Keçmişdə Ermənistan digər dövlətlərin sayəsində mövcud olub"
-
1 saat əvvəl
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının tərkibində dəyişiklik olub
-
1 saat əvvəl
Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi
Son Xəbərlər

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Azərbaycan neftinin son qiyməti

"Keçmişdə Ermənistan digər dövlətlərin sayəsində mövcud olub"
Ən çox oxunanlar

Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi

Qızılın qiyməti yeni rekord səviyyəsini gördü

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

"Yelo Bank"da yığıncaq keçiriləcək

Rəsmi məzənnələr açıqlandı

Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
