Aqrar subsidiyalar yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək
Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesinin sürətləndirilməsi məqsədilə rayonlarda məlumatlandırma sessiyaları davam edir. Son üç həftə ərzində 30-dan artıq rayonda keçirilmiş sessiyalarda Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərarlar, bəyan prosesinin sürətləndirilməsinin zəruriliyi, torpaq nümunələrinin aqrokimya laborarotiyalarına təqdim olunması proseduru, aqrar sığorta mexanizminin üstünlükləri, fermerlərin torpaq üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və digər məsələlər barədə ətraflı məlumat verilib.
Neftçala və Salyan rayonlarında keçirilən görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev bildirib ki, son illər aqrar sahədə aparılan islahatların əsas istiqamətlərindən biri fermerlərə dövlət dəstəyi mexanizminin elektronlaşması, subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilməsidir. Subsidiyalar artıq çoxsaylı kağız sənəd toplamadan, yalnız fermerin təqdim etdiyi torpaq sənədləri və əkin bəyanı əsasında verilir. Dövlət dəstəyindən daha çox fermerin yararlana bilməsi üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin alınması vacibdir və bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 7 oktyabr tarixində “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman qəbul olunub.
Fərmana əsasən, rayon aqrar islahat komissiyalarının qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təmin ediləcək. Bu məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır. Fərmanda qeyd olunur ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar dövlətin yaratdığı imkanlardan faydalanaraq torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər. Görüşdə Fərmanın icra mexanizmi ilə bağlı suallar ətraflı cavablandırılıb.
Qeyd olunub ki, payızlıq əkinlərin bəyanı üçün müəyyən edilmiş müddət dekabrın 30-da başa çatır və fermerlər bu müddətə kimi öz əkinlərini EKTİS-də bəyan etməlidir. Reqlamentə əsasən, payızlıq əkinlərə görə subsidiyalar fevral ayından başlayaraq vətəndaşların “Fermer kart”ına köçürüləcək. Bu səbəbdən payızlıq səpini başa çatdırmış vətəndaşların son müddəti gözləmədən əkinlərin bəyan etməsi, 10 hektardan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Ən çox oxunanlar
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub














.jpg)

