“Azərbaycanda piratçılığın səviyyəsi ilə bağlı qiymətləndirmə aparılır”
“Hazırda Azərbaycanda piratçılığın həcminin qiymətləndirilməsi aparılır".
Bunu lisenziyasız proqram təminatından istifadə hallarının artması ilə bağlı yayılan məlumatları şərh edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.
"Biz Azərbaycanda piratçılıqla bağlı problem olduğunu bilirik. Amma onun hansı səviyyədə olması ilə bağlı konkret fikri bazar qiymətləndirilməsi həyata keçirildikdən sonra demək olar. Açıq deyim ki, bazarın həcmini qiymətləndirmə prossesində tək bizim deyil, bütün dövlət qurumlarının iştirakında fayda var və işlər gedir. Amma hesab edirəm ki, bu, tam yekun deyil”, - R.Rüstəmov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl açıqlanan hesabata görə, dünya ölkələrinin pirat proqram təminatlarından istifadə edən 20 əsas ölkəsi müəyyən edilib. Siyahıya Çin, Rusiya və Ukrayna liderlik edir. Azərbaycanın qonşuları olan İran 13-cü, Türkiyə isə 16-cı yerdə qərarlaşıb.
Aparılan araşdırmaya görə, qeyd edilən 20 ölkələrdə olan istifadəçilərin hesabına şirkətlərin lisenziya satışından gəlirlərini 17,1 milyard ABŞ dolları civarında artırmaq olar. Bu isə 2018-ci ildə əldə edilən nəticələrlə müqayisədə 26 % çoxdur.
Son hesabatda Azərbaycanla bağlı konkret göstərici olmasa da əvvəlki illərdə pirat proqramlardan istifadə göstəricisinin 81 % olduğu qeyd edilib.
Qlobal olaraq isə istifadəçilərin 37 %-nin proqram təminatı üçün ödəniş etmədiyi və bunun isə 46,8 milyard ABŞ dolları civarında problem yaratdığı üzə çıxıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















