970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

ABŞ neft qiymətləri üzrə proqnozunu endirib

AzVak-mobil_resmin_ustu_31
ABŞ neft qiymətləri üzrə proqnozunu endirib
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-2022-ci illər üçün neftin qiyməti üzrə proqnozunu azaldıb.

EIA-nın aylıq hesabatına görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 70,6 dollar səviyyəsində olacağı gözlənilir. Bu, əvvəlki proqnozla müqayisədə 0,99 dollar azdır.

EIA-in proqnozuna əsasən, 2022-ci ildə "Brent" neftinin qiyməti 70,05 dollar səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisindən 1,86 dollar azdır.

EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata əsasən, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 67,87 dollar (ötən proqnoza əsasən 69,02 dollar) səviyyəsində olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstəricinin 66,42 dollara çatacağı gözlənilir (öncəki proqnoza görə 68,28 dollara bərabərdir).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar təşkil edib.

Telegramda Marja.az səhifəsinə abunə olun

APA

08.12.2021 10:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19