Azercell sosial şəbəkələrdə yarışma elan edir
Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılacaq
() Bu il Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 ili tamam olur. Bu münasibətlə ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçiləri arasında müsabiqə elan edir. Müsabiqə rabitənin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir.
“Rabitənin dünəni və bu günü” mövzusuna həsr olunmuş müsabiqə 28 noyabr–6 dekabr tarixləri arasında Azercell-in rəsmi sosial şəbəkə hesablarında keçiriləcək. Yarışma iştirakçıları təqdim olunan şəkillərdə gizlin detalları aşkara çıxarmaqla hədiyyə qazanacaqlar. “Gizlini aşkara çıxar, hədiyyəni apar” şüarı ilə keçiriləcək yarışma qeyd olunmuş zaman çərçivəsində abunəçilərə müxtəlif hədiyyələr qazanmaq imkanı verəcək.
Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1881-ci il noyabr ayının 23-də istismara verilib. Uzunluğu 6 km olan bu telefon xətti “Nobel qardaşlarının neft istehsalı şirkəti”-nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirib. Elə həmin tarix ölkəmizdə rabitə əsrinin başlanğıcı kimi qəbul edilir.
Azərbaycanda mobil rabitə sektorunun flaqmanı sayılan “Azercell Telekom” MMC-nin hazırladığı müsabiqələr hər zaman müasir cəmiyyətin, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafına, tariximizin öyrənilməsinə və təbliğatına xidmət edir.
Müsabiqədə iştirak edin, həm maariflənin, həm də hədiyyə qazanın
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
11 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
11 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 12 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
