"SOCAR Pakistana 1 milyard dollar yatıracaq" xəbərinə - ŞİRKƏTDƏN REAKSİYA
SOCAR-ın Pakistana 1 milyard dollar investisiya yatıracağı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov feysbukda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Pakistandakı Səfirliyi artıq dünən verilən rəsmi açıqlamada buna aydınlıq gətirilib:
“Cənab səfir əslində İslamabad Ticarət və Sənaye Palatasında Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin artırılması imkanlarını müzakirə edib”.
Əhmədov qeyd edib ki, bu gün SOCAR-ın hər hansı bir xarici ölkəyə yeni investisiya qərarı yoxdur:
“Əgər gələcəkdə Pakistana və ya başqa bir ölkəyə yeni investisiya qərarı kimi bir məsələ gündəmə gələrsə, öncə dövlətimizin müvafiq səlahiyyətli qurumları ilə razılaşdırılar və ictimaiyyətə SOCAR tərəfindən müvafiq rəsmi açıqlama verilər.
Hazırkı dövrdə isə SOCAR qardaş ölkə Pakistana LNG (mayeləşdirilmiş qaz) tədarük edir və bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətindədir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















