Dövlət şirkəti 516 milyon manat zərər açıqaldı - yığılmış zərəri 2 milyard manatı keçib
"Azərbaycan Dəmir Yolları"nın yığılmış zərəri 2 milyard manatı keçib“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ili 516 milyon 187 min manat xalis zərərlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 2,3 dəfə çoxdur.
Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 30,4% artaraq 2 milyard 212 milyon 434 min manat olub.
Ötən il ADY-nin əməliyyat gəlirləri 422 milyon 299 min manat (illik müqayisədə 4% çox), əməliyyat xərcləri 514 milyon 323 min manat (11,9 % çox), digər xərcləri 423 milyon 133 min manat (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,03 milyon manat (3,7 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə ADY-nin aktivləri 5 milyard 145 milyon 529 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,95 % çoxdur. Bunun 4 milyard 503 milyon 787 min manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2020-ci ildə bu rəqəm 9,1 % artıb.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 0,6% artaraq 2 milyard 995 milyon 632 min manata, balans kapitalı isə 14,5% artaraq 2 milyard 149 milyon 97 min manata, o cümlədən nizamnamə kapitalı 12,4% artaraq 906 milyon 62 min manata çatıb.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
- 4 d. əvvəl
- 9 d. əvvəl
- 30 d. əvvəl
-
40 d. əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
3 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq


















