Rabitəbankın İnternet Bankçılıq xidməti yeniləndi - VİDEO
(®) Rabitəbank məsafədən elektron bankçılıq xidmətlərinə üstünlük verən müştəriləri üçün İnternet Bankçılıq məhsulunu yeniləyib.
Belə ki, geniş imkanlara malik İB-də daha funksional və sürətli yeniliklər istifadəyə verilib. Artıq Azərbaycanda ilk dəfə olaraq QR kod vasitəsilə səfirlik, tələb olunan yer və digər müəssisələr üçün balans, dövriyyə arayışlarını onlayn qaydada İB-dən ala bilərsiniz. Artıq hüquqi şəxslər və fərdi sahibkarların qarantiya almaq üçün filiala gəlmələrinə ehtiyac qalmır. İB vasitəsilə olduğunuz yerdəcə qarantiya məktubu əldə edə bilərsiniz.
Yeniliklər bununla yekunlaşmır: artıq İnternet Bankçılıq sayəsində alınmalı və dondurulmalı sərəncamların ödənilməsini bir neçə kliklə həyata keçirə bilərsiniz. Bundan başqa əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarının sifarişi, habelə işçilərinin əməkhaqqı ödənişlərini də saniyələr içərisində İB-də tamamlaya biləcəksiniz!
Daha ətraflı məlumat və İnternet Bankçılıq səhifəsinə daxil olmaq üçün http://rbt.az/ib - linkinə keçid edə bilərsiniz. Bankın bu və digər yenilikləri haqqında məlumatları əldə etmək üçün 133 nömrəli Çağrı Mərkəzi xidmətinizdədir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 d. əvvəl
-
-
9 d. əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 13 d. əvvəl
- 17 d. əvvəl
-
22 d. əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
27 d. əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
46 d. əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
-
1 saat əvvəl
Kondisioner, TV, smartfon, soyuducu – Baku Electronics-də qiymətlər endi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
Ən çox oxunanlar
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI





























