Lipton və Brooke Bond brendləri satılır
Britaniyanın investisiya fondu Lipton və Brooke Bond brendlərini 5,1 milyard dollara alırBritaniyanın "CVC Capital Partners" investisiya fondu "Unilever" şirkəti ilə, onun çay biznesini 4,5 milyard avroya (5,1 milyard dollar) almaq barədə razılığa gəlib.
Marja xəbər verir ki, bu barədə cümə axşamı öz mənbələrinə istinadən "Financial Times" məlumat yayıb.
Qeyd olunub ki, "Lipton" və" "Brooke Bond" ticarət nişanları ilə çay istehsal edən "Unilever"in çay bölməsinə Amerikanın "Advent" və "Carlyle" investisiya fondları da müraciət edib.
Razılaşmadan əvvəl "Unilever" bölünərək, çay biznesini "Ekaterra"ya həvalə edib. Bu şirkət ildə təxminən 2 milyard avro (2,2 milyard dollar) gəlir əldə edir.
Son vaxtlar inkişaf etməkdə olan ölkələrdə istehlakçılar fəal şəkildə qəhvə, kombuça və bitki çaylarına keçməyə başlayıblar.
Qəzet vurğulayır ki, "Unilever", istehlakın artdığı Hindistan və İndoneziya da daxil olmaqla, hər il təxminən 1 milyard avro (1,1 milyard dollar) gəlir gətirən bir sıra çay aktivlərinə nəzarəti saxlayıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı













.jpg)







