“AniPay ilə ödə və qazan” lotereyası davam edir!
(®) Expressbank müştəriləri Mərkəzi Bank tərəfindən keçirilən “AniPay ilə ödə və qazan” stimullaşdırıcı lotereya vasitəsilə 100 manat qazanmaq şansı əldə edəcəklər.
Lotereyanın məqsədi cəmiyyətdə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması, habelə innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadəni təşviq etməkdir.
Noyabr ayı ərzində 5 (beş) manat və ondan yuxarı məbləğdə aparılan hər bir köçürmə əməliyyatı iştirakçıya bir şans qazandırır. Eyni iştirakçılar arasında aparılmış əməliyyatlar sayından asılı olmayaraq yalnız bir şans olaraq hesablanır
Lotereyada Expressbankın internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsi, eyni zamanda filiallarda AÖS vasitəsilə həyata keçirilən köçürmələr nəzərə alınacaqdır.
Lotereyanın uduş fondu 10 dekabr 2021-ci il tarixində oynanılacaqdır. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir və ümumilikdə ölkə üzrə 400 nəfərin qalib olacağı planlaşdırılır. Hər bir qalib üzrə 100 (bir yüz) manat təşkil edəcək uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcəkdir. Bu barədə müştərilər hesabına xidmət göstərən bank tərəfindən məlumatlandırılacaq.
Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:
- istifadəçinin öz hesabları arasında aparılmış əməliyyatlar;
- ləğv edilmiş (reversal) əməliyyatlar.
Ətraflı məlumat üçün: https://bit.ly/3GGqOPz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
50 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)










