Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı kəskin azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2021-ci ilin 9 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 1.6% artaraq 19.2 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur.

Marja xəbər verir ki, bu, 2021-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilib.

Qeyd edilib ki, nağdsız valyuta əməliyyatlarının 85.9%-i ABŞ dollarında, 14.1%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 28.7%-i banklararası valyuta bazarında (BVB), 71.3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.

Dövr ərzində BVB-də əməliyyatların 99.3%-i ABŞ dollarında, 0.7%-i avroda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.

BDVB-də valyuta əməliyyatlarının həcmi 13.7 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 80.5%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 94.9%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 35.4% azalaraq 2.7 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 85.2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Nağd valyuta bazarında son 6 ayda bankların valyuta alışı satışları üstələmişdir.

10.11.2021 17:05

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18