Rabitəbankın stimullaşdırıcı lotereyası yekunlaşdı
(®) Lotereyanın sonuncu qalibləri müəyyən olundu.
Rabitəbankın mobil tətbiq istifadəçiləri üçün keçirdiyi “Rabita Mobile ilə ödə və qazan” lotereyasının sonuncu - üçüncü tirajı baş tutub. Avqustun 2-dən start götürün və 2 noyabradək davam edən stimullaşdırıcı lotereyanın sonuncu qalibləri artıq bəllidir. Bankın rəsmi Feysbuk hesabında canlı yayım zamanı müəyyənləşdirilmiş 6 qalibə hədiyyələri təhvil verilib. Qeyd edək ki, iştirakçılar xüsusi proqram təminatı vasitəsilə şərtlərə riayət etmiş tətbiq istifadəçiləri arasında təsadüfi seçim vasitəsilə qalib olublar.
Qaliblərin siyahısını təqdim edirik:
Cəbrayılov Nurlan - iPhone 12
Zeynalova Ziyafət - Samsung Note20
İsayev Tural - Apple watch 6
Soltanlı Elxan - Apple watch 6
Məmmədov Simran - Airpods Pro
Kazımzadə İqrar - Airpods Pro
Xatırladaq ki, lotereya iştirak hüququ verən şərtlər Rabita Mobile tətbiqi vasitəsilə Rabitəbanka məxsus krediti istənilən bank kartı ilə ödəmək və ya tətbiqdə qeydiyyatdan keçirilmiş hesaba digər bank kartları vasitəsilə mədaxil etmək idi. Hər iki əməliyyat istifadəçilərə banka gəlmədən, sürətli şəkildə əməliyyatı yekunlaşdırmağa imkan verir və bu halda nə Rabitəbank kartından, nə də digər bank kartından komissiya tutulmur.
Rabitəbankın nağdsız ödənişlərə təşviq edəcək kampaniya və aksiyalarının davamı olacaq. Bu və digər kampaniyalardan xəbərdar olmaq üçün Bankın rəsmi sosial media hesablarını izləmədə saxlayın.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)






