Azərbaycanda minimum aylıq əməkhaqqı artırılır - YENİ MƏBLƏĞ
Mimum aylıq əməkhaqqı 50 manat artırılır!Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.
Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.
Yaşayış minimumu 220 manata çatdırılır
2022-ci ildə Azərbaycanda əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 2021-ci illə müqayisədə 13 manat və yaxud 6,3 çox - 220 manat təşkil edəcək.
Bu, “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, pensiyalar üçün yaşayış minimumu 14 manat və yaxud 8,6% artırılaraq 176 manata, uşaqlar üçün yaşayış minimumu isə 18 manat və yaxud 10,3% artırılaraq 193 manata çatdırılır.
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib ki, minimum aylıq əməkhaqqının və ünvanlı dövlət sosial yardımının artırılmasından sonra ölkədə 1 milyon 600 min nəfər vətəndaşın və onların ailə üzvlərinin sosial rifahı daha da yaxşılaşdırılacaq.
Layihəyə əsasən, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 46,4% təşkil edəcək. Bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 3,6 faiz bənd çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























