Qarabağda işləyən şirkətlər "Gardashlar Mebel"i seçir
Dünyaya səs salan Zəfər günü(®) 8 Noyabr Müzəffər Ordumuzun 44 gün qəhrəmanlıqla savaşaraq qələbə qazandığı gündür.
Bu gün Ali Baş Komandanın iradəli siyasəti, əsgərlərimizin rəşadəti, xalqımızın həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr tariximizə Zəfər günü kimi yazıldı. Keçən il bu tarixdə 28 il öncə işğalçı qüvvələrin zəbt etdiyi “Qarabağın İncisi” - Şuşa şəhəri azad olundu.
“Gardashlar Mebel’’ olaraq, qürur hissi ilə bildirmək istərdik ki, Şuşa azad edilərkən istifadə olunan cığır-yolunun əbədiləşdirilməsi məqsədilə tikilən “Zəfər Yolu” layihəsini həyata keçirən “KOLİN İnşaat” və “Cengiz İnşaat”, həmçinin “Ağıllı Kənd” layihəsinin icraçısı “AS Group Investment” kimi şirkətlərin mebel təminatı bizim tərəfimizdən edilmişdir.
Sözügedən nüfuzlu şirkətlərin bizi seçməsi təsadüf deyil: “Gardashlar Mebel’’ hər zaman öz müvəffəqiyyətini dünya səviyyəsində tanıtmağı və “Made in Azerbaijan” brendi ilə Azərbaycan mebelinin dünya bazarlarına çatdırılmasını qarşısına hədəf qoymuşdur.
Şirkətin direktoru Əli Mirzəyev xalqımızı Zəfər günü münasibəti ilə təbrik edir:
“44 gün davam edən müharibə dövründə xalq olaraq daim ordumuza dəstək olduq. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Zəfər Günü sevincini bizə yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər Ordumuza təşəkkürümüzü bildirir və Xalqımızın hər daim rifah için də yaşamasını arzu edirəm.”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb











.jpg)










