“Yeni il bayramında restoranların saat 12-yə qədər işləməsi ilə bağlı məhdudiyyət götürülə bilər”
“Yeni il bayramında restoranların gecə saat 12-yə qədər işləməsi ilə bağlı məhdudiyyət aradan qaldırıla bilər”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümovun sözlərinə görə, ola bilər ki, bu məsələyə xüsusi günlərdə, məsələn, Yeni il ərəfəsində baxılsın: “Yəni, məhdudiyyət götürülməsə belə, bu, hansısa günlərdə xüsusi istisna hal kimi nəzərdə tutula bilər”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda məktəblərdə koronavirusun yayılması ilə əlaqədar tətil elan olunub-olunmayacağına da münasibət bildirib.
Ş. Mövsümov açıqlamasında bildirib ki, Təhsil Nazirliyi tərəfindən xüsusi protokoldan istifadə edilir:
“Əgər sinifdə kimsə koronavirusa yoluxubsa, həmin sinif bağlanır, müəllimlər xəstələnirsə, məktəb bağlanır və 2 həftəlik distant təhsilə keçirilir. Bu protokola əsasən, təhsildə idarəetmə həyata keçirilir. Əsas göstərici xəstəxanalarda əlavə yerin olub-olmaması ilə bağlıdır. Xəstəxanalarda yerlər varsa, deməli bizim səhiyyə sistemimizin xəstələri qəbul etmək imkanı var və qapanmaya getməyə ehtiyac yoxdur”.
“Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir”.
Bunu açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov qeyd edib ki, bununla bağlı yayılan şayiələr əsassızdır.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 7 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Rəsmi məzənnələr açıqlandı
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Ən çox oxunanlar
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















