"İnvestorlar Beynəlxalq Banka razılıq verəcək"
Azərbaycan Beynəlxalq Bankının (ABB) mayın 23-də beynəlxalq kreditorlara təqdim etdiyi xarici öhdəliklərin restrukturizasiyası planının təsdiqlənməsinə invedtorlar tərəfindən razılıq veriləcək.
Bunu “Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Mariya Malyukova “BNE Intellnews” nəşrinə müsahibəsində bildirib.
M.Malyukova qeyd edib ki, kreditorların təsdiqləyəcəyi plana əsasən, ABB-nin investorlar qarşısındakı öhdəlikləri suveren istiqrazlarla əvəzlənəcək, ödəniş müddəti uzadılacaq və gəlirlilik azalacaq.
“Kreditorlar restrukturizasiya planını təsdiqləməzsə, alternativ variant bankın ləğv olunması ola bilər ki, bu da kreditorlar üçün daha böyük itki dəməkdir”, - deyə o izah edib.
Restrukturizasiya planı elan olunduqdan sonra “Fitch Ratings” ABB-nin reytinqini “CCC” səviyyəsindən “RD”, yəni məhdud defolt səviyyəsinədək endirib. M.Malyukova bildirib ki, “Moody’s” analoji addımı atmayacaq.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək. Restrukturizasiya planından görünür ki, söhbət 3,34 mln. dollarlıq xarici öhdəlikdən gedir. Ən iri kreditorlar qismində ABB-yə 1,1 mlrd. dollarlıq depozit yatıran Azərbaycan Dövlət Neft Fondudur (ARDNF) və ABŞ-ın iki nəhəngi - “Cargill” və “Citibank” çıxış edir. ABB-nin Nyu-York məhkəməsinə defolt elan olunması ilə bağlı müraciəti investorlar üçün şok olub. Belə ki, 2015-ci ildən etibarən hökumət banka kapitallaşma, toksik aktivlərin təmizlənməsi üçün zəruri dəstəyi verib. Restrukturizasiya planı xarici kreditorların 2/3-si tərəfindən razılaşdırıldığı halda onun icrasına başlanılacaq. Bildirilir ki, ABB “Cargill” üçün olduqca əlverişli, daha az itkiyə səbəb olacaq variant təklif edib. Başqa sözlə, ABB restrukturizasiya planının təsdiqlənməsini təmin edib.
“Azərbaycan hökuməti indiyədək öz üzərinə 10 mlrd. manatlıq toksik aktivi götürməklə, banka ciddi dəstək verib. Bu dəstək ÜDM-in 18%-nə bərabərdir. Lakin ötən il bankın açıq valyuta mövqeyindən itkiləri 1,3 mlrd. manat təşkil edib. Görünür, hökumət bu qədər itki gözləmirdi. Bu səbəbdən ABB-nin xarici öhdəliklərinin restrukturizasiyasına qərar verilib”, - deyə M.Malyukova bildirib.
O, əlavə edib ki, xarici öhdəliklərin restrukturizasiyası planı “Moody’s” üçün də gözlənilməz olub.
“Hazırda Azərbaycanın bank sektorunun aktivləri ÜDM-in 53%-nə bərabərdir ki, bu da hökumət üçün idarəolunan səviyyədir. Belə ki, ölkənin strateji valyuta ehtiyatları 33 mlrd. dollara və ya ÜDM-in 92%-nə bərabərdir”, - deyə vitse-prezident əlavə edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
9 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
9 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
9 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb


















.jpg)



