Google yeni smartfonlarını təqdim etdi - 599 DOLLARA
Android 12, yeni çip, daha özəl, daha güclü!Qlobal texnologiya nəhəngi Google ötən gün yeni smartfonlarını təqdim edib.
Marja xəbər verir ki, Google-un rəsmi bloqundakı açıqlamada Pixel 6 və Pixel 6 Pro mobil telefonlarının özəllikləri haqqında ətraflı məlumat təqdim olunub.
Hər 2 smartfon Google-un ilk mikroprosessoru olan Tensor çipi və Android 12 əməliyyat sistemi ilə təchiz edilib. Yeni çipin süni intellekt və maşın öyrənmə xüsusiyyətlərindən istifadə etməsi həm nitqin tanınması, həm də şəkillərin daha təkmilləşdirilmiş emalına imkan verir.
Pixel 6
6,4 düymlük AMOLED ekran, Full HD+ (1920x1080)
Əsas kamera: 50 Mp, 12 Mp genişbucaqlı obyektivlə birgə
Ön kamera: 8 Mp
Barmaq izini oxuyan skaner, Gorilla Glass Victus qoruyucu ekran
Akkumulyator: 4400 mA/s
Operativ yaddaş: 8Gb, daxili yaddaş: 256 Gb
Qiyməti: 599 dollardan başlayaraq
Pixel 6 Pro
6,7 düymlük LTPO ekran, QHD+ (3120x1440)
Əsas kamera: 50 Mp, 48 Mp teleobyektivlə birgə
Ön kamera: 11 Mp
Barmaq izini oxuyan skaner, Gorilla Glass Victus qoruyucu ekran
Akkumulyator: 5000 mA/s
Operativ yaddaş: 12Gb, daxili yaddaş: 512 Gb
Qiyməti: 899 dollardan başlayaraq
Magic Eraser funksiyası smartfonlarla fotoşəkil çəkərkən, arxa fondakı arzuolunmaz obyektləri silməyə, Motion rejimi şəkillərdə hərəkətliliyi təmin etməyə, Real Tone funksiyası isə dəriyə təbii rəng verməyə kömək edir. Həmçinin, səsli mesajı yazıya çevirmək, Live Translate funksiyası vasitəsilə 48 müxtəlif dildə, o cümlədən ingilis, yapon, fransız, alman, italyan dillərində mesajlaşma mümkündür.
Google-un yeni smartfonları oktyabrın 28-dən satışa çıxarılacaq. Öncədən sifariş xidməti artıq aktivləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















