“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzaladı
Bir il ərzində qüvvədə olacaq müqavilə birgə reklam və marketinq fəaliyyətlərini nəzərdə tutur.
Procter&Gamble şirkəti Azərbaycan futboluna dəstək məqsədilə daha bir addım atıb.
“Old Spice” brendi ilə “Neftçi” Peşəkar Futbol Klubu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bir il ərzində qüvvədə olacaq müqavilə birgə reklam və marketinq fəaliyyətlərini nəzərdə tutur.
Bu müddətdə klubun əsas komandasının ev oyunlarının keçirildiyi stadionda brendin marketinq aksiyaları, hər oyun zamanı, həmçinin məşqlərdə meydançanın kənarında brend reklamı, brend fəaliyyətlərində birgə iştirak, “Neftçi” futbolçularının "Old Spice" reklamlarında iştirakı, sosial media səhifələrində və kluba məxsus “Neftçi TV”də tanıtım planlaşdırılıb.
“İnsanların səhhətinə diqqətin yüksəldiyi zamanda sağlam nəsillər yetişdirməyin vacibliyini bir daha dərk edirik. Azərbaycanda, demək olar ki, hər evdə 1 məhsulu olan, geniş marketinq və reklam fəaliyyətləri həyata keçirən P&G futbola dəstək verməklə bu idman növünə gənclər arasında marağın artmasına çalışır,” - Procter&Gamble şirkətinin Qafqaz və Orta Asiya respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlu “Neftçi” PFK ilə tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimində belə deyib.
““Neftçi” Azərbaycanın tarixi komandasıdır və özü bir brenddir. Böyük azarkeş kütləsinə malikdir və bu da bizə mesajımızı kifayət qədər geniş auditoriyaya çatdırmağa imkan verə biləcək. Biz yüz minlərlə insanın sevimlisi olan futbolçuları öz istehlakçılarımıza daha yaxın edəcəyik. Tərəfdaşlıq üçün “Old Spice” brendini seçməyimizə səbəb isə bu brendin məhsullarının xüsusilə fiziki cəhətdən aktiv kişilərin gigiyenası üçün nəzərdə tutulmasıdır. Bu məhsulların özəlliyini göstərmək üçün bir futbol komandasından daha yaxşı seçim nə ola bilərdi ki?!” – P&G rəsmisi əlavə edib.
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev dünyada baş verən son hadisələrin – COVİD-2019 pandemiyasının futbol sənayesindən də yan keçmədiyini vurğulayıb.
“Bu bir daha öz təsdiqini tapdı ki, klubların yaşaması və fəaliyyətini genişləndirməsi üçün güclü dayağa və dəstəyə ehtiyac var. Klub olaraq güclənməyimiz və inkişaf etməyimiz üçün bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edirik. Sevindirici haldır ki, bu gün onların arasına daha biri daxil oldu. Fürsətdən istifadə edib onlara “xoş gəldiniz” deyirəm və şirkət rəhbərliyinə təşəkkürümü çatdırıram. Procter&Gamble bu gün məhsulları ilə dünyada, deyərdim ki, hər bir ailənin evində özünə yer edib. Onun “Old Spice” brendi Azərbaycan bazarında kişilərin istifadə elədiyi ən öndə gələn gigiyena markasıdır. Əminəm ki, bu gün imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə bu əməkdaşlıq daha da inkişaf edəcək,” – “Neftçi” PFK-nın prezidenti deyib.
İmzalanma mərasimindən sonra tərəfdaşlar “Neftçi” PFK-nın əsas ev oyunlarının keçirildiyi stadionu gəziblər.
Qeyd edək ki, P&G 2018-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq çərçivəsində şirkətin “Head and Shoulders” və “Gillette” brendlərinin marketinq fəaliyyətləri üzrə birgə addımlar atılıb.
Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers, Tide, Ariel, Head & Shoulders, Always, Pantene, Fairy, Blend-a-med, Oral-B, Gillette, Safeguard kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
