Azərbaycanda orta maaş açıqlandı
Avqustda Azərbaycanda orta aylıq nominal əməkhaqqı 2,9 manat azalıb.
2021-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 725,6 manat olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Xatırladaq ki, 2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 728,5 manat olmuşdur.
2021-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 min nəfər və ya 0,8 faiz artaraq 1 milyon 684,9 min nəfər olmuş, onlardan 900,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki ilin sentyabr ayına nisbətən 10,4 faiz bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 d. əvvəl
-
12 saat əvvəl
"Laricanini öldürdük, İran xalqına rejimi devirmək şansı verdik"
-
-
14 saat əvvəl
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib
-
15 saat əvvəl
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim edib - VİDEO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
FAB 2026-cı ilin rənglərini elan edib
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
202 nömrəli marşrutun avtobuslarının bir qismi yenilənir
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
"Expressbank"ın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb



























