Azərbaycanın böyük banklarından birinin xalis mənfəəti kəskin azalıb
Ötən ilin sonunda aktivləri 1 milyard manata yaxınlaşmış “Azərbaycan Sənaye Bankı”nda geriləmələr davam edir.“Azərbaycan Sənaye Bankı” ASC 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 1 milyon 716 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə azdır. “Azərbaycan Sənaye Bankı” 2020-ci ilin 9 ayını 5 milyon 130 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması, Bankın kredit portfelinin azalması ilə kreditlər üzrə faiz gəlirlərinin də düşməsi ilə əlaqədardır.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin 9 ayı ilə müqayiədə 2021-ci ilin 9 ayında “Azərbaycan Sənaye Bankı”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 760 min manat və ya 13% azalaraq 25 milyon 92 min manat təşkil edib. Ötən ilin 9 ayında Bankın cəmi gəlirləri 28 milyon 852 min manat olmuşdu.
O cümlədən, Bankın 9 aylıq faiz gəlirləri 3 milyon 876 min manat və ya 15,6% azalaraq 20 milyon 920 min manata düşüb, qeyri-faiz gəlirləri isə 116 min manat artaraq 4 milyon 172 min manata yüksəlib.
2020-ci ilin 9 ayı ilə müqayiədə 2021-ci ilin 9 ayında “Azərbaycan Sənaye Bankı”nın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 824 min manat və ya 3,5% azalaraq 22 milyon 440 min manat təşkil edib. Ötən ilin 9 ayında Bankın cəmi xərcləri 23 milyon 264 min manat olmuşdu.
O cümlədən, Bankın faiz xərcləri 959 min manat azalaraq 11 milyon 226 manata düşüb, qeyri-faiz xərcləri isə 135 min manat artaraq 11 milyon 214 min manata qalxıb.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 2,1 DƏFƏ AZALIB
2021-ci ilin 9 ayında cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərini üstələdiyindən “Azərbaycan Sənaye Bankı”nın 2 milyon 651 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 486 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 439 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Azərbaycan Sənaye Bankı” ASC 2021-ci ilin 9 ayını 1 milyon 716 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayında “Azərbaycan Sənaye Bankı” 5 milyon 588 min manat əməliyyat mənfəəti əldə etmiş, eyni zamanda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 808 min manat mənfəətə əlavə edilmişdi. Bank 6 milyon 397 min manat mənfəətindən 1 milyon 267 min manat mənfəət vergisi ödəmişdi. 2020-ci ilin 9 ayı ilə müqayiədə 2021-ci ilin 9 ayında “Azərbaycan Sənaye Bankı”nın əməliyyat mənfəəti 2,1 dəfə azalıb.
KREDİTLƏRDƏN FAİZ GƏLİRLƏRİ AZALIB
“Azərbaycan Sənaye Bankı”nın kreditlər üzrə faiz gəlirləri 23,3% və ya 3 milyon 576 min manat azalaraq 11 milyon 748 min manat, banklardakı depozitləri üzrə faiz gəlirləri isə 3,3% və ya 309 min manat azalaraq 9 milyon 160 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR AZALIB
2020-ci ilin sonu ilə müqayisədə “Azərbaycan Sənaye Bankı” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 90 milyon 248 min manat və ya 28,5% azalaraq 226 milyon 743 min manata düşüb, digər banklara yerləşdirilmiş depozitlər isə 37 milyon 762 min manat və ya 8,5% artaraq 481 milyon 800 min manata yüksəlib. “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri kredit portfelindən 2,1 çoxdur. Bank adına uyğun olaraq sənaye sahələrinə kredit ayırmaq yerinəƏ digər banklara depozit yerləşdirərək qazanc götürməkdədir.
BANK KİÇİLİB
“Azərbaycan Sənaye Bankı” ASC 30 Sentyabr 2021-ci il tarixində 866 milyon 645 min manat cəmi aktivlərə malik olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 44 milyon 859 min manat azdır. Ötən ilin sonunda Bankın cəmi aktivləri 911 milyon 504 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRDƏN CƏLB EDİLƏN VƏSAİTLƏR DƏ AZALIB
2020-ci ilin sonu ilə müqayisədə “Azərbaycan Sənaye Bankı”nda depozitlər 47 milyon 746 min manat azalaraq 592 milyon 186 min manata geriləyib.
30 Sentyabr 2021-ci il tarixində “Azərbaycan Sənaye Bankı” 101 milyon 337 min manat məcmu kapitala malik olub.
“Azərsun Holdinq”in rəsmi saytında “qrup şirkətləri” siyahısında “Azərbaycan Sənaye Bankı”nın adı da yer alıb. “Azərbaycan Sənaye Bankı”nın səhmdarları - “Anadolu İnvestment Kompani” MMC (98,4252%), “Azərbaycan Sənaye Lizinq” MMC (0.5748%) və Leyla Gozaldır (1%).
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
7 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO























