Daha 2 avtomobil markası Azərbaycana gətirilir – YENİ ŞİRKƏT FƏALİYYƏTƏ BAŞLAYIR
Britaniya Əsilli yeni avtomobillər tezliklə Azərbaycanda!Ölkəmizdə 2021-ci ildə təsis olunan “ASIA Motors” şirkəti qısa zaman ərzində Çinin ən nəhəng avtomobil konserni olan SAIC Motors ilə müqavilə imzaladı və istehsal tarixi uzaq 1924 cü ilə söykənən əfsanəvi Britaniya Əsilli MG (Morris Garages) markasının Azərbaycanda yeganə və rəsmi idxalçısı oldu. “ASIA Motors” bu markanın bir sıra müasir, komfortlu, erqonomik və təhlükəsiz SUV, sedan, hetçbek və s. ban tipli modellərini Azərbaycana gətirəcək.
Bu barədə Marja.az-a "ASIA Motors" şirkətinin Direktoru Elmir Xəlilov məlumat verib.
O bildirib ki, Oktyabr ayının ikinci yarısından etibarən markanın yeni modelləri - “MG RX8”, “MG HS”, “MG ZS”, “MG 5” Babək prospekti 28 ünvanında yerləşən satış salonunda mövcud olacaqdır. Eyni zamanda qeyd etdi ki, avtomobillər 5 il və ya 150.000 km istehsalçı zəmanətinə malikdir. Bu isə öz növbəsində istehsalçının öz məhsuluna olan etibarının bariz nümunəsidir.
Xatırladaq ki, "ASIA Motors" 3S formatında fəaliyyət göstərərək, satış, servis xidməti və ehtiyat hissələrinin satışı fəaliyyətini tam rəsmi olaraq göstərəcəkdir.
Elmir Xəlilov əlavə edib ki, “ASIA Motors” şirkəti eyni zamanda Çinin “HAIMA” markasının da rəsmi idxalçısıdır və yaxın zamanda ilk dəfə olaraq Azərbaycanda HAIMA avtomobilləri şirkət tərəfindən təqdim ediləcəkdir. Bu barədə ictimaiyyətə tezliklə xəbər veriləcək.
Daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz.
Telefon: +994 12 525 5151
Mobil: +994 50 400 1924
Email: [email protected]
İnstagram: asia.motors.aze

RX8 modelinin görüntüləri






HS modelinin görüntüləri





ZS modlinin görüntüləri





MG 5 modlinin görüntüləri






Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
- 8 d. əvvəl
- 13 d. əvvəl
- 34 d. əvvəl
-
44 d. əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
3 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq




















