Gömrük Komitəsinin sədri BP şirkətinin vitse-prezidentilə görüşüb
Oktyabrın 5-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb.
Səfər Mehdiyev, ötən illər ərzində adı çəkilən şirkətlə gömrük orqanları arasında mövcud əlaqələrdən də məmnunluqla söhbət açıb.
Komitə sədri bu sahədə gömrük orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılması üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlardan bəhs edən Səfər Mehdiyev, dövlət başçısının təşəbbüsü ilə tətbiq olunan yeniliklər hesabına gömrük işinin bütün sahələrində mühüm nailiyyətlər əldə olunduğunu, sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradıldığını və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırıldığını diqqətə çatdırıb.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan əlaqələri, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.
Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan qonaq gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















