“Atəşgah” Sığorta Şirkətinin heyəti yeni strategiya planının müzakirəsinə toplandı
Şirkətin yeni strategiya planı 2022-2024-cü illəri əhatə edir.
(®️) 25 illik fəaliyyət dönəminə sahib olan “Atəşgah” Sığorta Şirkəti rəhbərliyi və bir sıra əməkdaşları ötən günlərdə şəhərin mərkəzində yerləşən “Hilton” oteldə son 3 ilin nəticələrinin təhlili əsasında növbəti 3 il üçün strateji planının hesabatına toplaşmışlar.
Tədbir zamanı son 3 il ərzində “Atəşgah” SŞ-nin qarşısına qoyduğu hədəflər üzrə görülən işlər təhlil edilmiş, növbəti 3 illik dövr (2022-2024) üçün planlar müzakirə olunmuşdur.
Atəşgah Sığorta Şirkətinin növbəti 3 illik strategiyasının hazırlanmasında Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş dövlətimizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər əsas götürülmüşdür.
Pandemiya və onun iqtisadiyyata təsirləri öz növbəsində qarşıya qoyulan hədəflərə çatmağı çətinləşdirsə də, “Atəşgah” SŞ 2019-2021-ci illər üzrə hədəflərinə çatmağa ümumilikdə nail olmuş və uğurlu nəticələr əldə etmişdir.
Missiya və vizyonuna daim sadiq qalan “Atəşgah” SŞ əhalini sığorta sahəsində maarifləndirmək, biznes sektorunu etibarlı maliyə müdafiəsi ilə təmin etmək, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və ekoloji təmiz mühit yaratmaq naminə son 3 ildə çoxşaxəli işlərə, layihə və tədbirlərə öz imzasını atmış, bu yolda daha çox işlər görmək üçün yeni hədəflər və strategiya müəyyən etmişdir. Ötən dövr ərzində Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Ordumuzun Zəfər qələbəsi Şirkəti yeni hədəflərə çatmaqda ruhlandırmış və növbəti illər üçün tərtib etdiyimiz strategiyada bununla bağlı bir sıra addımlar öz əksini tapmışdır.
Belə ki, tədbir zamanı ötən il ölkəmizin zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsinin açdığı yeni imkanlardan yararlanaraq, işğaldan azad olmuş torpaqlarda abadlaşdırma və biznes mühitinin inkişafı yolunda edilməli olan bir sıra tədbirlər də “Atəşgah” SŞ-nin 2022-2024-cü illər strategiyasına başlıca hədəf kimi nəzərdə tutulmuşdur.
Şirkət əməkdaşlarının maliyyə bazarı və sığorta sektorunun analizi , problemlər və imkanlar barəsində müzakirələri, Şirkətin güclü və zəif tərəflərindən, iqtisadi vəziyyət və imkanlardan çıxış edərək tərtib etdiyi swot analiz gələcəkyönümlü proqnozlar qurmağa və gələcəyi daha aydın planlamağa yardımçı olmuşdur.
Habelə, qürurla qeyd etməliyik ki, sosial məsuliyyət yönümlü mühim addımlara imza atmış “Atəşgah” SŞ Azərbaycan maliyyə sektoru və biznes mühitində ilk dəfə olaraq ESG (ətraf mühit, sosial və idarəetmə) layihəsinin tətbiqinə başlamışdır. Qloballaşan dünyada bugün artıq ESG önəmli yer alır. Başqa sözlə desək, cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, gələcək dünyamızı düşünmək, sosial məsuliyyətlərimizi dərk etmək hər bir şəxsin və toplumun borcudur. Bir şirkətin hədəfi yalnız dövriyyəsini artırmaq, daha çox qazanmaq və böyümək olmamalıdır deyə iddia edən “Atəşgah” SŞ hədəflərini daha da genişləndirməyin məqsədəuyğun olduğunu düşünür. “Atəşgah” SŞ də öz növbəsində sözügedən məqamlara diqqətli yanaşaraq, gələcək strategiyasında da buna mühim yer ayırır. Belə ki, “Atəşgah” SŞ-nin növbəti 3 illik strategiyasında ESG yönümlü tədbir və layihələrə geniş önəm veriləcəkdir.
“Atəşgah” SŞ qeyd edir ki, artıq dünyada ətraf mühit, sosial və idarəetmə təməlli mövzulara fokuslanmağın müəyyən bir vədədə iş performansını artırdığı da təsdiqlənmiş faktlardandır.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
-
26 d. əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
-
1 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
1 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
1 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
1 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
2 saat əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
2 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Sentyabrın 20-də gözlənilən hava şəraiti

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
Ən çox oxunanlar

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
