“AFB Bank” və “Qərbi Kaspi Universiteti” arasında əməkdaşlıq Memorandumu imzalandı!
Universitetin yuxarı kurs tələbələri və məzunları Təcrübə proqramına qoşulacaq və vakansiyalar üzrə işlə təmin olunacaqlar.(®)“AFB Bank” ASC və “Qərbi Kaspi Universiteti” arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Tərəflərin qarşılıqlı razılaşması əsasında universitetin yuxarı kurs tələbələri və məzunları “AFB Bank” ın Təcrübə proqramına qoşulacaq və burada xüsusi istedadı ilə seçilən təcrübəçilər mövcud vakansiyalar üzrə işlə təmin olunacaqlar.
Burada məqsəd, cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gənclərin nəzəri biliklərinə praktik biliklər əlavə etməklə onları əsl peşəkar kimi yetişdirməkdir.
Qeyd edək ki, Bankın Yay Təcrübə proqramında 40-a yaxın iştirakçı, ixtisasları üzrə bankın müxtəlif strukturlarında təcrübə keçiblər. Yaxşı nəticə göstərən bir neçə nəfər təcrübəçi mövcud vakansiyalar üzrə bankda işlə təmin olunublar.
Yeni Layihəsi çərçivəsində “AFB Bank”, yüksək peşəkarlığına və verdiyi təhsilin səviyyəsinə etibar etdiyi “Qərbi Kaspi Universiteti” ilə əməkdaşlıq etmək qərarına gəlib.
Bu, “AFB Bank”-ın “Təcrübə proqramı” çərçivəsində reallaşdırdığı ilk əməkdaşlıq proqramıdır və Bank, gələcəkdə də digər təhsil müəssisələri ilə bu tipli layihələri həyat keçirməyi planlaşdırır.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



