PAŞA Bank Azərbaycan bazarı üçün unikal olan "Müştəri Meneceri məktəbi" layihəsinə start verib
Əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi yönündə bir sıra layihələri icra edən ölkənin aparıcı korporativ bankı PAŞA Bank "Müştəri Meneceri məktəbi" adlı yeni daxili layihəsinin başladığını elan edib.
PAŞA Bankdan Marja-ya verilən məlumata görə, layihə öz peşə karyerasını Bankın biznes seqmentində Müştəri meneceri qismində davam etdirmək istəyən PAŞA Bank işçilərinə yönəlib.
"RM School" layihəsinin əsas məqsədi Korporativ Bankçılıq seqmentindəki müştərilərə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bilik və praktiki bacarıqların təkmilləşdirilməsini təmin etməkdir. "RM School" layihəsinin təlim hissəsi 3 moduldan ibarətdir ki, iştirakçılar "Müştəri yönümlülük", "Agile Metodologiya", "İctimai çıxışlar", "Design Thinking", "Öz Müştərini Tanı", "Məlumatların toplanması və analizi” kimi mövzular üzrə tətbiqi təlimlərdə və master klasslarda iştirak edəcəklər.
PAŞA Bank "Mind Movers" inkişaf platforması çərçivəsində Azərbaycan bazarı üçün unikal olan Müştəri Meneceri məktəbi layihəsinə start verib.
Təlim zamanı layihə iştirakçıları müxtəlif seqmentlərdə çalışan təcrübəli həmkarları ilə ünsiyyət yaratmaq, məqsədləri düzgün müəyyənləşdirmək və onlara nail olmaq üçün strategiyalar hazırlamaq, həmçinin fərqli bazar şəraitində ən düzgün həll yolları tapmaq üçün bilik və təcrübələr əldə edəcəklər. Bu unikal layihəni həyata keçirilməklə PAŞA Bank ən yaxşı işəgötürən təşkilatları sırasında öz aparıcı mövqeyini daha da gücləndirir.
Qeyd edək ki, “Mind Movers” inkişaf platforması innovativ və qeyri-formal təhsil formatlarında ilk öncə bank əməkdaşlarına, sonra isə geniş auditoriyaya müxtəlif öyrədici sessiyaların təşkil edilməsi üçün təsis edilib. Mövcud biliklərin artırılması və yeni bilik və bacarıqların öyrənilməsi bu layihənin əsas hədəflərindən biridir.
21 sentyabrda keçirilən açılış mərasimi ilə start götürən "Müştəri Meneceri məktəbi" layihəsinin təlim hissəsi 2021-ci il dekabrın 1-dək davam edəcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 25 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti




















