Azərbaycan əhalisi bu il kredit borcunu 700 milyon manatdan çox artırıb
2021-ci ilin iyul ayının sonu ilə müqayisədə avqust ayı ərzində Azərbaycanın bank sektorunun kredit portfeli 240,3 milyon manat artaraq 15 milyard 206,8 milyon manata çatıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 8 ay ərzində isə (yanvar-avqust) bankların kredit portfeli 1 milyon 49,8 milyon manat artıb (ötən ilin sonu ilə müqayisədə).
İyul ayının sonu ilə müqayisədə Avqusta biznes kreditləri 81,5 milyon manat artaraq 8 milyard 810 milyon manata, istehlak kreditləri (əhaliyə verilən kreditlər) 108,3 milyon manat artaraq 4 milyard 132,9 milyon manata, ipoteka kreditləri isə 50,5 milyon manat artaraq 2 milyard 263,9 milyon manata yüksəlib. Avqustda istehlak və ipoteka kreditləri birlikdə 158,8 milyon manat artıb.
Cari ilin 8 ayı ərzində biznes kreditləri 331,7 milyon manat, istehlak kreditləri 471.7 milyon manat, ipoteka kreditləri isə 246,4 milyon manat artıb.
Ev təsərrüfatlarına və fərdi şəxslərə ayrılan istehlak və ipoteka kreditləri bu ilin 8 ayında 718,1 milyon manat artıb.
Xatırladaq ki, 2021-ci ilin İyul ayında bankların kredit portfeli 109,6 milyon manat artaraq 14 milyard 966,5 milyon manata çatmışdı. İyun ayının sonu ilə müqayisədə iyulda istehlak kreditləri 84,7 milyon manata artaraq 4 milyard 24,6 milyon manata, ipoteka kreditləri 25,8 milyon manat artaraq 2 milyard 213,4 milyon manata çatmış, biznes kreditləri isə 0,9 milyon manat azalaraq 8 milyard 728.5 milyon manata geriləmişdi.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti




















