Kosmosun tarixində bir ilk - 60 ildən sonra...
Elon Mask bununla daha bir maraqlı addıma imza atır.1961-ci ildə 1-сi dərəcəli hərbi təyyarəçi, mayor Yuri Qaqarinin səyahəti ilə bəşəriyyət öz tarixində bir ilkə imza atdı - Kosmosun fəthinə başladı. 60 ildən sonra isə daha bir ilk yaşanır - bu dəfə kosmik gəminin heyəti peşəkar kosmonavtlardan yox, bu sahəyə aid olmayan insanlardan ibarətdir...
Marja xəbər verir ki, Tesla rəhbəri Elon Maskın 2002-ci ildə qurduğu daha bir şirkət - hazırda bazar dəyəri 75 milyard dollara yaxın olan SpaceX-in istehsal etdiyi “Falcon-9” daşıyıcı raketi bu gün 4 nəfərdən ibarət komandanı 3 günlük kosmik səyahətə aparacaq.
“Dragon” kapsulunun içində Yerdən 575 kilometr məsafəyə qalxacaq heyətə uçuşun xərclərini ödəyən amerikalı milyarder Cared İsaakman, səhiyyə işçisi, 10 yaşında xərçəngə qalib gələn Hayley Arsenauks, geologiya professoru Sian Proktor və data analitiki Kris Sembroski daxildir.
Kosmik gəminin qalxacağı məsafə hazırda Yerdən ən hündür mövqedə dayanan süni peyk - Beynəlxalq Kosmik Stansiyanın orbitindən də 150 km daha yüksəkdir. Inspiration4 (ilhamlandıran dördlük) adlandırılan missiyanın əsas məqsədi xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün dərman kampaniyalarına dəstək verməkdir.
Raketin ABŞ-ın Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən yerli vaxtla saat 20:02-də havaya qalxması ilə başlayacaq səyahəti SpaceX saytından və bu linkdən canlı izləyə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















