Azərbaycanın kredit ittifaqlarından biri satılıb

Şamaxı rayonunun Qonaqkənd ərazisində fəaliyyət göstərən "Əlizamin" kredit ittifaqının sahibi dəyişib.
İttifaqın sədri Məcnun Dünyamalıyev rəhbərlik etdiyi maliyyə qurumunu Lənkəran şəhər sakini Fərid Rəcəbova satıb.
Bununla da ittifaqın nizamnamə kapitalının formalaşmasında iştirakı olan 19 Şamaxı sakininin payı 11 Lənkəran sakininə ötürülüb. Payçılarla yanaşı, ittifaqın adı da dəyişib. Kredit təşkilatı bundan sonra "Qala" kredit ittifaqı adı ilə fəaliyyət göstərəcək. Artıq yeni ad Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. Maliyyə qurumuna yeni ada uyğun lisenziya verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.
Xatırladaq ki, alqı-satqı predmeti olan kredit ittifaqı 1999-cu ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 35 960 manatdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
8 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
10 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
11 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
11 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
