İcbari avtomobil sığortası ilə hansı təminatlar nəzərdə tutulur? - MƏBLƏĞLƏR, BİLMƏDİKLƏRİNİZ
"İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra sağlamlığa və əmlaka dəymiş zərərlərlə bağlı 1000 manat məbləğində olan təminatlar dəyişildi. Hazırki qanunvericiliyə əsasən, icbari qaydada mülki məsuliyyəti sığortalanmış nəqliyyat vasitəsinin sahibinin təqsiri nəticəsində törədilmiş hadisələr zamanı aşağıdakı zərərlərə görə sığorta şirkəti ödəniş vermək öhdəliyi daşıyır:
1) sağlamlığa dəymiş zərərlər - bu zərərlərə yüngül, az ağır, ağır xəsarət alma, hər hansı əlillik dərəcəsi müəyyən edilməsi və ölüm halları daxildir. Sağlamlığa dəymiş zərərlərə görə sığorta şirkəti 1 şəxs üçün 5000 manat (ölüm halında), yüngül xəsarətdə 750 manat, az ağır və ya ağır xəsarətlərdə 1500 manat, əlillik dərəcələri üzrə 2000, 3000 və 4000 manat (3-1-ci dərəcələr üçün) ödəniş verir. Onu da qeyd edək ki, ümumilikdə bir hadisə zamanı sağlamlığa dəymiş zərərlərə görə sığorta şirkəti maksimal 50 000 manat ödəmək öhdəliyi daşıyır. Məsələn, 10 nəfərin ölümü zamanı hər bir vəfat edən şəxs üzrə 5000 manat həcmində, 50 000 manatı ötən sağlamlığa dəymiş zərərlər olarsa, mütənasib qaydada ödənilir.
2) Əmlaka dəymiş zərərlər - Mövcud qanunvericilik ümumilikdə 5000 manat məbləğində əmlak zərəri üzrə sığorta şirkətinin maksimal öhdəliyini nəzərdə tutmuşdur. Belə ki, bu 1 nəqliyyat vasitəsinə və ya 2 nəqliyyyat vasitəsinə dəyən zərərə görə də eynidir. Əgər zərər cəm halında 5000 manatı keçərsə, mütənasib qaydada ödəniş veriləcəkdir. Misal: hadisə zamanı 2 nəqliyyat vasitəsinə zərər dəyib. A şəxsin zərəri 4000, B şəxsin zərəri 6000 manat təşkil edir. Bu halda 4000+6000=10 000
5000÷10000=0.5 mütənasiblik. Nəticədə isə A şəxsin zərəri üzrə 2000 manat (4000×0.5), B şəxsin zərəri üzrə 3000 manat (6000×0.5), ümumilikdə 5000 manat ödəniləcəkdir. Qalan zərəri isə Mülki Məcəlləyə əsasən zərərvuran şəxsdən tələb etmək hüququ mövcuddur.
Əmlak zərəri dedikdə nəinki hadisə zamanı avtomobilə dəymiş zərərlər başa düşülür, buraya həmçinin qanunda göstərilən istisnalardan başqa bütün əmlak daxildir.
Belə ki, hadisə nəticəsində şəxsin mal-qarasına, nəqliyyat vasitəsində daşıdığı mebel avadanlıqlarına, şəxsi istifadə etdiyi gündəlik əşyalarına da zərər dəyərsə, həmin əmlaklara dəymiş zərərlər rəsmi dövlət orqanı tərəfindən təsdiqləndiyi təqdirdə, ödənilməlidir. Sigortadestek.az saytı vasitəsilə müraciət edən zərərçəkmişlərə də eyni məzmunda izah verilməkdədir.
Onu da qeyd edək ki, əmlaka dəymiş zərərə, həmçinin əmlakın daşınması, əmlakın sökülməsi kimi xərclər də daxildir. Əksər hallarda vətəndaş məlumatsızlığından istifadə edilərək göstərilən zərərlərin ödənilməsi barədə məlumat verilmədiyi üçün bu zərərlər tənzimlənməmiş qalmaqdadır.
Yekunda isə qeyd edək ki, hadisə nəticəsində zərərçəkmiş şəxsə məxsus pul, qiymətli kağız, metal, sənət əsərləri, rəsm əsərləri, sənəd, kitab, eskiz, plan, model kimi əmlakına dəymiş zərərlər qanunla ödənilməsə də, digər əmlakına dəyən zərərləri ödənilməlidir. Bu kimi məsələlərlə bağlı peşəkar xidmətlərə üstünlük verilərək zərərlərdən qaçınmaq mümkündü.
Müəllif: Aqil Nuriyev, "İnsurance Consalting Service" MMC, Sigortadestek.az
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 47 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)



.jpg)


.jpg)











