Bütün iri ticarət mərkəzlərinin qarşısına polis qoyulması nəzərdə tutulmur, amma...
Azərbaycanda Sentyabrın 1-dən iri ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, insnların pasportunun olub-olmadığını yoxlamaq üçün bütün iri ticarət mərkəzlərinin qarşısına polis qoyulması nəzərdə tutulmur:
“Bütün iri ticarət mərkəzlərinin qarşısına polis qoyulması nəzərdə tutulmur. Burada beynəlxalq təcrübə əsas götürüləcək. Bu iş həmin obyektlərin sahiblərinə həvalə olunacaq. Monitorinq qrupları isə həmin ünvanlarda qəfil yoxlamalar həyata keçirəcək. Bu zaman həmin ticarət mərkəzində COVID pasportu olmadan daxil olan şəxs müəyyən edilərsə, məsuliyyət obyekt rəhbərinin üzərinə düşəcək”.
E. Hacıyev qeyd edib ki, epidemiya əleyhinə rejimin sanitar-gigiyena, karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə olunacaq: “İşin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aylıq həbs tədbiri, eləcə də hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək cərimə edilməsi nəzərdə tutulub”.
“Monitorinq həyata keçirən şəxslər mülki formada ticarət obyektlərinə daxil olacaqlar”
“Bütün ticarət obyektlərinin monitorinqini həyata keçirən şəxslər mülki və polis formasında həmin obyektlərə daxil olacaqlar”, - Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, ticarət məkəzlərində qayda pozuntusu halları aşkar olunub:
“Həmin obyekt sahibləri bilsinlər ki, onlar barələrində görülən tədbirlərdən nəticə çıxarmayıblarsa, həmin obyektin fəaliyyətinin dayandırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzaların verilməsi nəzərdə tutulur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 7 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Rəsmi məzənnələr açıqlandı
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Ən çox oxunanlar
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















