Azərbaycanın iri şirkəti Asiya İnkişaf Bankı ilə kredit sazişi imzaladı - MƏBLƏĞ
Asiya İnkişaf Bankı (Asian Development Bank - ADB) və “Avrora” MMC koronavirus (COVID-19) pandemiyası zamanı işçilərin, fermerlərin və pərakəndə satıcıların fəaliyyətini dəstəkləmək və Azərbaycanda təhlükəsiz qida təchizatı zəncirini təşviq etmək üçün 5,9 milyon ABŞ dollarlıq (10 milyon manat) kredit sazişi imzalayıb.
Marja xəbər verir ki, bu barədə ADB məlumat yayıb.
Məlumata görə, bu, ADB-nin Azərbaycanda ilk özəl sektorda fəaliyyət göstərən aqrobiznesa yardımı olan kredit, şirkətin fəaliyyətini davam etdirməklə yanaşı, həmçinin 3 minə yaxın işçiyə, 1,5 minə yaxın fermer və ferma işçisinə, o cümlədən 12 min ailəyə məxsus kənd mağazasına fayda verəcək. Bundan başqa, maliyyələşmə “Avrora”nın əsas buğda və süd məhsullarının istehsalına və 2 milyondan çox insana paylanmasına kömək edəcək.
ADB-nin Özəl Sektor Əməliyyatı üzrə Baş direktoru Suzanna Gabouri: “COVID-19, qida tədarük zəncirini ciddi şəkildə pozub, pərakəndə satıcıların və fermerlərin gəlirlərini azaldıb, qida istehsalını və paylanmasını riskə atıb”.
Qeyd edək ki, Asiya İnkişaf Bankı 1966-cı ildə yaranıb. Onun 49-u regiondan olmaqla 68 üzvü var.
Qeyd edək ki, "Avrora", Azərbaycanın ən böyük qida və içki istehsalçılarından və distribyutorlarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























