Peşəsini dəyişməsinə peşman deyil
İxtisasca tikinti mühəndisi indi Biləsuvarda qabaqcıl pambıqçı kimi tanınırFazil Musayev maraqlı, amma çətin həyat yolu keçib. Gənclik illəri sovetlər birliyinin dağıldığı dövrə düşüb. Ali məktəbi bitirib tikinti mühəndisi ixtisasına yiyələnmişdi. O zaman, yəni keçən əsrin 90-cı illərində bütün sahələrdə olduğu kimi, tikinti-quruculuq sahəsindəki işlər də donmuşdu.
Özünə heç yanda bir iş tapa bilməyən F.Musayev böyüyüb boya-başa çatdığı Biləsuvarın Aşağı Cürəli kəndinə qayıdır. Doğma kənddə heç nə ona yad deyildi. Hələ orta məktəbdə oxuduğu illər kəndlərindəki kolxozun pambıq sahələrində alaq otlarını təmizləmişdi, suçulara kömək etmişdi, pambıq yığmışdı.
Odur ki, tərəddüd etmədən ailələrinin pay torpağını əkib-becərmək qərarına gəlir. Bilmədiklərini təcrübəli əkinçilərdən soruşub öyrənməkdən utanıb-çəkinmir. İnam, istək olan yerdə hər çətinlik insanın əlində acizdir, - deyiblər. Ürəklə işə başlayan, hər bir işi vaxtında və keyfiyyətlə görən Fazil elə birinci il yaxşı nəticə əldə edir. Bu sahədə dövlətin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan mülkiyyətçilərə verdiyi subsidiyalar, etdiyi güzəştlər başqaları kimi onun da qolundan tuturdu. Digər tərəfdən, pambıqçılığın inkişafı üçün yaranan şirkətlər torpaq mülkiyyətçilərinə, fermerlərə hər cür əməli kömək göstərirdi. Bunlardan faydalanan F.Musayev əkin sahələrini ildən-ilə genişləndirir, icarəyə əlavə torpaq sahələri götürür.
Çəkdiyi zəhmət itmir. 2017-ci ildə ən yüksək nəticə - hər hektardan 50 sentnerdən çox məhsul əldə etdiyinə görə dövlət başçısının sərəncamı ilə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunur. Amma o, dayanmır, qazandıqları ilə kifayətlənmir, uğurlarını artırmaq üçün daha səylə çalışır.
Bu çalışqanlıq ona Biləsuvarda ad-san, şan-şöhrət qazandırır, rayonun “qəhrəman”ı olur. İşgüzarlığını, savadını, bacarığını görən “Yaşıl ada” şirkətinin rəhbərliyi Fazilə icraçı direktor vəzifəsində işləməyi təklif edir. O, fikirləşdikdən, götür-qoy etdikdən sonra təklifə razılıq verir.
Fazil Musayev cari il 266 hektarda çiyid səpmiş, becərməni bütün aqrotexniki tədbirləri görməklə vaxtında həyata keçirmişdir. Pambıq əkilən tarlalarda 4 dəfə kompleks becərmə, 3 dəfə suvarma aparmışdır. Xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə tədbirlərini də unutmayan Fazil hazırda son becərmə işlərini aparır.
Mütəxəssislər deyirlər ki, Biləsuvar rayonu üzrə ən yüksək məhsul Fazilin icraçı direktor olduğu “Yaşıl ada” təsərrüfatından gözlənilir. Həmin günə isə az qalır. Havaların isti keçməsi sahələrdə pambığın yığımına avqust ayının sonlarında başlanılacağından xəbər verir. F.Musayev isə hər hektardan 50 sentnerdən çox məhsul gözləyir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib











.jpg)





