"PAŞA Həyat" İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Gələcəkdə birgə layihələr icra ediləcək
(®️) 12 avqust 2021-ci il tarixində imzalanmış Əməkdaşlıq müqaviləsi qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təcrübə mübadiləsi sessiyaların təşkili, gələcək üçün İT mütəxəssislərinin yetişdirilməsi və onların inkişafı, innovativ rəqəmsal həllərin tətbiqi yönündə olan fəaliyyətləri əhatə edir.
Qeyd edək ki, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, eləcə də dövlət-özəl işgüzar dialoqun təşviqi üçün əhəmiyyətli platformadır. Palatanın ölkələrarası əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfəsi var.
Məlumat üçün bildirək ki, hazırda “PAŞA Həyat Sığorta” ASC 2021-2023 illəri əhatə edən yeni strateji dövrdədir və dinamik inkişafa nail olmağı hədəfləyən şirkət rəqəmsal transformasiyanı və innovativ həlləri öz fəaliyyətində əsas tutub. İmzalanmış əməkdaşlıq innovasiyaya böyük önəm verən PAŞA Həyat üçün əhəmiyyətli rol kəsb edir.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
