Ağdam Sənaye Parkı üçün 12 potensial rezident seçilib - İşçi Qrupun növbəti iclası keçirilib
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib. Buldirilib ki, İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 676 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə işçi qrupun iyulun 29-da növbəti iclası keçirilib.
İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə İşçi Qrupundan verilən məlumata görə, video formatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə ,Energetika,və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.
Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilib.
Qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 911 daşınmaz əmlakın (11 016 ədəd tikili və 2 895 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonunda işlər davam etdirilir. Həmçinin ilkin inventarlaşdırması aparılmış əmlakların 5 165 (37.1 %) ədədinin əsasən yararlı, 4411 (31.7 %) ədədinin qismən yararlı, 4335 (31.2 %) ədədinin isə yararsız vəziyyətdə olduğu müəyyən edilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən Ağdam Sənaye Parkı yaradılıb. Hazırda müraciətlər əsasında 12 potensial rezident seçilib.
İşğaldan azad edilmiş ərazilərdə (Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanları, aptek, bankomat və s. açılması məqsədi ilə müvafiq şirkətlərlə görüşlər keçirilib. Razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlar üzrə sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.
Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda 27 dövlət qurumunun və təşkilatının 12-sinin qoşulması təmin edilmiş, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilib. Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 676 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi tərəfindən verilən məlumatda bildirildi ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəyə verilməsi məqsədilə şirkətlərlə görüşlər keçirilib. Həmin şirkətlərlə 14497,25 hektar torpaq sahəsini əhatə etməklə torpaqdan istifadə ilə bağlı müqavilələr bağlanılıb və əkin aparılmış 9557.25 hektar əkin sahəsinə subsidiyalar ödənilib. 23 iyul tarixinədək 8957.5 hektar taxıl sahəsi biçilib. Pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus 3661 arı ailələrinin və 8569 baş xırdabuynuzlu heyvanların köçürülməsini həyata keçirib. Laçın rayonunun ərazisində arı ailələrinin yerləşdirilməsi məqsədilə monitorinq aparılıb və Ağcabədi, İsmayıllı, Qax rayonlarında məskunlaşan Laçın rayonundan olan fermerlərə məxsus 531 arı ailələrinin köçürülməsi həyata keçirilib.
İşğaldan azad edilmiş ərazilərdə turizm resurslarının qiymətləndirilməsinin təşkili ilə bağlı Andorranın PGİ və Türkiyənin İNOVA şirkətləri ilə danışıqlar aparılıb. Avqust ayının 1-də Dövlət Turizm Agentliyinin əməkdaşlarının Şuşa şəhərinə səfəri planlaşdırılır. Səfər müddətində Daşaltının turizm imkanları qiymətləndiriləcək.
Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə edilmiş və qərarlar qəbul edilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
