Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türkiyədə qiymətlərin daha da yüksələcəyi gözlənilir - MƏRKƏZİ BANK İNFLYASİYA PROQNOZUNU ARTIRDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə  qiymətlərin daha da yüksələcəyi gözlənilir - MƏRKƏZİ BANK İNFLYASİYA PROQNOZUNU ARTIRDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Mərkəzi Bankı (TCMB) ilin üçüncü inflyasiya hesabatında 2021-ci ilin sonu üçün inflyasiya proqnozunu yuxarı istiqamətdə dəyişib.

Marja xəbər verir ki, əvvəlki hesabatda 12,2% olan inflyasiya proqnozu 14,1%-ə yüksəldilib, 2022-ci il proqnozu da 7,5%-dən 7,8%-ə qaldırılıb. 2023-ci il üçün inflyasiya təxmini isə 5% olaraq dəyişməz saxlanılıb.

Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu hesabatı açıqlayıb. 

Kavcıoğlu bildirib ki, risklər və oynaqlıq bir qədər düşsə də hələ yüksək qalmaqda davam edir. Yüksələn əmtəə qiymətləri, məzənnə və artan tələb inflyasiyanın da artmasına səbəb olur.

Kavcıoğlu, Mərkəzi Bankın pul siyasəti faizinin inflyasiya üzərindən müəyyən olunmağa davam ediləcəyini söyləyib.

Kavcıoğlu, inflyasiyadakı hazırda baş verən yüksəlişin müvəqqəti olduğunu, il sonunda yavaşlama gözlənildiyini də qeyd edib. 

Türkiyə Mərkəzi BAnkının inflyasiya hesabatından sonra Dollar/TL məzənnəsi geriləyib. Bakı vaxtı ilə saat 12:20-də Dollar/TL məzənnəsi 0,7% azalma ilə 8.49 səviyyələrində olub.

29.07.2021 12:14
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18